AZ

Yaponiyanın dövlət borcu rekord səviyyəyə çatıb

Yaponiyanın dövlət borcu 2024-cü ilin sonunda ölkə tarixində ən yüksək səviyyəyə qalxaraq, təxminən 1.317,64 trilyon yenaya (indiki məzənnə ilə təxminən 8.7 trilyon dollar) çatıb. Bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.

Borc məbləği 2023-cü ilin sonundakı vəziyyətlə müqayisədə 31.8 trilyon yen (205 milyard dollardan çox) artıb. ?Kyodo? agentliyinin qeyd etdiyi kimi, dövlət büdcəsini təsdiq edən parlamentin aşağı palatasında çoxluğa malik olmadığı və vergilərin azaldılmasını və xərclərin artırılmasını tələb edən müxalifətin təzyiqi altında olduğunu nəzərə alsaq, Yaponiya hökuməti çətin ki, borcunu azalda bilsin.

Yaponiyanın cari maliyyə ilində (aprel 2024 ? 2025-ci il mart) büdcə kəsiri 34.95 trilyon yen (təxminən 230 milyard dollar) təşkil edir. Bu məbləğ son üç il ərzində azalmaqdadır, lakin Yaponiyanın borc öhdəliklərindən büdcə asılılığı hələ də təxminən 30% səviyyəsində qalır. Ölkənin dövlət borcu milli ÜDM-i iki dəfədən çox üstələyir. Eyni zamanda, dövlət istiqrazlarının böyük əksəriyyəti Yaponiyanın hüquqi və fiziki şəxslərinin əlindədir ki, bu da defolt riskini azaldır.

Seçilən
7
1
banker.az

2Mənbələr