AZ

“Qəzzanı satın almaqda qərarlıyam” - Tramp elə detallar açıqladı ki... 

"Mən Qəzzanı satın almaq və ona sahib olmaqda qərarlıyam".

Ölkə.Az xəbər verir ki, bunu Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Qəzzanın tam dağılmış bir yer olduğunu qeyd edən Tramp bildirib ki, ora geri alınacaq: “Düzəldiləcək və bərpa olunacaq. Orada heç kim olmayacaq. HƏMAS olmayacaq. Biz Yaxın Şərqdəki digər çox zəngin ölkələr vasitəsilə tikinti aparacağıq. İnsanlar, fələstinlilər üçün yaşamaq üçün yaxşı yerlər tikəcəklər. Onlar yəqin ki, yüz illər sonra ilk dəfə harmoniya və sülh içində yaşayacaqlar”. 

O həmçinin əlavə edib ki, digər ölkələrin Qəzzanın ərazilərini inkişaf etdirməsinə imkan veriləcək.
 
Qəzzalıların geri dönməsinə icazə verməyin böyük səhv olacağını iddia edən Tramp ümid edirik ki, bu işdə Misir, İordaniya və digər dövlətlər kömək edəcəklər: “Ümid edirik ki, Səudiyyə Ərəbistanı kimi bəziləri və digərləri buna bir qədər pul xərcləyə bilərlər. Onların çox böyük pulları var”. 

Mürtəza
Ölkə.Az

Seçilən
5
1
olke.az

2Mənbələr