AZ

Polşalı futbolçu “Qalatasaray”da

“Qalatasaray” qış “transfer pəncərəsi”ndə növbəti transfer etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” polşalı futbolçu Pşemıslav Frankovskinin özü və klubu ilə bütün məsələlərdə razılığa gəlib. 29 yaşlı sağ cinah müdafiəçisinin bu gün İstanbulda olacağı gözlənilir.

İstanbul klubu Frankovskini məcburi satınalma şərtiylə birlikdə icarəyə götürəcək. Bu keçiddən Fransa təmsilçisi 1+7 milyon avro qazanacaq.

Frankovski 2021-ci ilin yayından “Lans”da çıxış edirdi. O, cari mövsümdə 21 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
5
idmanxeber.az

1Mənbələr