Bakı, 10 fevral, AZƏRTAC
Qazaxıstanın gənclərdən ibarət millisinin və “Kayrat” komandasının futbolçusu Dastan Satpayev karyerasını İngiltərənin "Çelsi" klubunda davam etdirəcək.
AZƏRTAC Almatı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 16 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəliblər.
Oyunçunun "zadəganlar"la müqaviləsi 2026-cı ilin yayında - yetkinlik yaşına çatdıqdan sonra qüvvəyə minəcək. Həmin vaxta qədər D.Satpayev “Kayrat”da çıxış edəcək.