İş adamı Emin Hüseynovun rəhbərlik etdiyi “Quseynoff” MMC-nin dövlətə olan borcu artıb. XALQ.AZ pravda.az-a istinadən xəbər verir ki, şirkətin hazırda 173 594 AZN vergi borcu var.Bir müddət əvvəl isə bu məbləğ 166 105 AZN idi.
Xəbər verdiyimiz kimi bir müddət öncə AQTA plandankənar yoxlama aparılıb. Yoxlama zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub.
Məlumatda həmçinin qeyd olunur ki, laborator müayinələr nəticəsində “Quseynoff” əmtəə nişanlı viski məhsulunda sivuş yağlarının və mürəkkəb efirlərin kütlə qatılığı üzrə uyğunsuzluq aşkarlanıb. “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarında isə tündlülük göstəricisi üzrə etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb.Prezidentin iqtisadi siyasətində dövlətçilik ön plandadır” - İş adamı Emin Hüseynov - 32gun.az
Qeyd edək ki, sahibkar kimi fəaliyyət göstərən Emin Hüseynov sosial platformalarının fəal iştirakçısıdır həmçinin filmədə çəkilib. (Xalq.az)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta