AZ

Ronaldonun anası ilə rəqsi hər kəsi heyran etdi

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 40 illik yubileyi münasibətilə keçirilən mərasimdə anası ilə rəqs edərək hər kəsi heyran edib.

Publika.az xəbər verir ki, anası Maria Dolores Aveyro ilə Puerto-Rikalı müğənni Rau Alexandronun mahnısı altında rəqs edən Ronaldonun videosu sosial şəbəkələrdə populyarlıq qazanır.

"Bu oğlan ən yaxşısıdır, onun həyat, ailə, iş və məqsədlər haqqında aydın təsəvvürü var" - ,deyə futbol azarkeşləri Ronaldo haqda şərhlərdə yazıblar.

Qeyd edək ki, əfsanəvi futbolçunun doğum günü şərəfinə Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda böyük ziyafət təşkil olunub.

Seçilən
7
publika.az

1Mənbələr