2 metr 51 santimetr boyu ilə 16 ildir Ginnesin Rekordlar Kitabında adını qoruyan mardinli Sultan Kösənə Almaniyadan xüsusi hazırlanmış 60 ölçülü ayaqqabı gətirilib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Sultan Kösen xüsusi ayaqqabıları ilə dünya səyahətinə davam etmək istəyir.
Derik rayonunun Dədə kəndində yaşayan və 2009-cu ildə 27,5 santimetr əlləri və 36,5 santimetr ayaqları ilə yanaşı boyu ilə Ginnesin Rekordlar Kitabına düşən Kösen indiyə qədər təxminən 130 ölkəyə 500-dən çox səfər edib.
Almaniyada bir şirkət tərəfindən hər il Kösənə ayaqqabı gətirilir. Bu il biri yay, digəri isə qış üçün olan 37,5 santimetrlik 60 ayaqqabısını alan Kösen dünya səyahətinə addım-addım davam etmək istəyir.
O, dünyanın ən hündür insanı, ən böyük əl və ayaqlarına sahib olduğu üçün xoşbəxt olduğunu bildirib.
Vasif ƏLİHÜSEYN
![2](https://img.redaktor.az/gallery/2025/02/269907_67a9d961a2910.webp)
![2](https://img.redaktor.az/gallery/2025/02/269907_67a9d961a8ea2.webp)
![2](https://img.redaktor.az/gallery/2025/02/269907_67a9d961a9a03.webp)