AZ

Ermənilərdən növbəti hoqqa: Oğurlanan "Valentin günü"  Sarkis bayramı kimi

Ermənilər növbəti oğurluqlarının ildönümünü keçirəcək.


Adalet.az xəbər verir ki, fevralın 11-dən 16-dək Ermənistanda Müqəddəs Sarkis bayramı keçiriləcək. Özünü qədim dünya qədər qədim göstərməyə çalışan haylar ənənəvi növbəti bir hoqqalarını qeyd edəcəklər.
Xatırladaq ki, dünya xristianlarının bayramlardan biri olan Müqəddəs Valentini ermənilər oğurlayaraq adını dəyişib. Onu Müqəddəs Sarkis günü kimi bayram edirlər. Guya bu bayramı hayların dədə-babası icad edib, sevgililər və yeni evlənənlərə xeyir–dua verilən gün kimi hər il keçiriblər.

Maraqlı detallardan biridə odur ki, bayram ərəfəsində Ermənistan Milli Qalereyasının freskalar zalında 19-cu əsrin naməlum erməni rəssamının “Müqəddəs Sargis” ikonu sərgilənəcək.(Allah bilir bu ikonanı hardan oğurlayıblar! )

Azərbaycan Dövlət İqtisad Universiteti kitabxanasının baş biblioqrafı Arzu Məmmədqızı erməniləri Valentin gününü oğurlaması ilə bağlı yazdığı məqaləni ixtisarla diqqətinizə çatdırırq: Sərkərdə Sarkisin sevgililərin himayəçisinə çevrildiyini göstərən bir çox əfsanələr var. Lakin ən çox yayılmışlarından birini təqdim edirik.
Rəvayətə görə, Sarkis Aşıq Qəribin məhəbbətini xilas etməyə yardım göstərib. Kasıb şair zəngin qızı sevir. Qərib sevdiyi qızı tərk etməli və pul qazanmaq üçün uzaq ellərə yollanır, çünki atası qızını yoxsul adama ərə verməyə razı olmur. O, yola düşməzdən əvvəl sevgilisinin yeddi il onu gözləməsinə and verir və deyir ki, əgər həmin müddətdən bir gün belə geciksə, başqasına ərə gedə bilər. Qərib uzaq diyarda var-dövlət əldə edə bilir, amma geriyə dönəndə yolçuluğu ağır olur və sevgilisinin yanına çatmayacağını anlayıb, sərkərdədən kömək istəyir.
Sərkərdə Sarkis qar kimi ağappaq at üstündə peyda olur, Qəribi atına mindirir və bir göz qırpımında sevgilisinin yanına çatdırır. Vəziyyəti görən qızın atası bu möcüzəyə və şairin sevgisinə sədaqətini görüb gənclərə xeyir-dua verir.
Ermənilərin Müqəddəs Sarkis gününün qeyd olunması ilə bağlı bəzi inanclar da vardır. Öz qismətini tanımaq üçün həmin gün gənc oğlan və qızlar yatmazdan əvvəl duzlu kökə yeyər və su içmədən yatarlar. Yuxuda onlara gəlib su verən adam qisməti sayılır. Bu gün də həmin inancı etmək üçün minlərlə erməni gənci məhz bu günü gözləyir.
Başqa bir qədim inanca görə, niyyət tutmuş gənclər qovrulmuş buğda səpilmiş sinini evin damına, ya da eyvana qoyurlar. Səhər duranda Müqəddəs Sarkisin atının nal izi sinidə olarsa, deməli, həmin gəncin arzusu bu il həyata keçəcəkdir.
Bütün bu əfsanə və inanclarda erməni oğurluğunun dəsti-xətti açıq-aydın görünür. Türk mədəniyyətindən, şifahi xalq ədəbiyyatından mənimsəmələr göz qabağındadır”.
Ən pisi isə odur ki, ermənilərin təxəyyülündən yaranmış hər bir uydurma tarixə həm Rusiyadan, həm Avropa dövlətlərindən, həm də okeanın o tayından böyük dəstək gəlir.


Əntiqə Rəşid

Seçilən
13
adalet.az

1Mənbələr