AZ

Acun Ilıcalı və İkardi arasında gərginlik: "Bu, Türk mədəniyyətində yoxdur!" - FOTO

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi "Adana Dəmirspor"un Super Liqa matçından geri çəkilməsindən sonra sosial media hesabında etdiyi paylaşım böyük müzakirələrə səbəb olub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, İkardi paylaşımında "Deja Vu" ifadəsini işlədərək, bu addımı ötən mövsüm "Fənərbağça"nın Superkubok finalında meydandan çəkilməsinə bənzədib.

Bu paylaşım "Fənərbağça"nın vitse-prezidenti Acun Ilıcalının sərt reaksiyasına səbəb olub. O, Beyaz TV-yə verdiyi açıqlamada "Mauro İkardinin prezidentimiz və texniki direktorumuzla bağlı paylaşımlarını qınayıram. Futbolçu prezident və idarəçilərlə bağlı paylaşım etməməlidir. Bu, Türk mədəniyyətində yoxdur və çirkindir" deyib.

Ilıcalı "Qalatasaray" rəhbərliyindən İkardiyə xəbərdarlıq gözlədiklərini, lakin bunun baş vermədiyini də vurğulayıb.

Hadisənin futbola və idman mədəniyyətinə təsiri hələ də geniş müzakirə olunmaqdadır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
3
1
milli.az

2Mənbələr