Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp RF Prezidenti Vladimir Putin ilə görüşünün və telefon danışıqlarının mümkün olduğunu bəyan edib.
Luiziana ştatına səfəri zamanı təyyarədə jurnalistlərlə həmsöhbət olan Tramp deyib: "Mənim fikrimcə, münasib zamanda Putinlə görüşərdim". O, 2025-ci ilin 20 yanvar tarixindən əvvəl və ya sonra Putinlə telefonla danışıb-danışmadığı barəsində suala belə cavab verib: "Danışıqlar olub. Gəlin, sadəcə onların olduğunu söyləyək Danışıqların daha çox olacağını gözləyirəm".
Tramp Ukrayna ilə münaqişədən danışarkən deyib: "Bunu dayandırmalıyıq. Yaxın zamanda dayandırmalıyıq".
Hürr Tərcüman