AZ

"Siti" De Bruyneyə əvəzləyici tapıb

Premyer Liqa klublarından "Mançester Siti" heyətini Xavi Simons ilə gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola Simonsa məhz Kevin De Bruynenin əvəzləyicisi kimi baxır.

"Leyptsiq"in yarımmüdafiəçisi Qvardiolanın sərəncamında görmək istədiyi əsas futbolçudur.

Almaniya klubu niderlandlıya görə 100 milyon avro təzminat məbləği istəyir.

21 yaşlı futbolçu daha əvvəl PSJ, PSV-də oynayıb. Onun Bundesliqa təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

İkardinin paylaşımı sensasiyaya çevrildi: Acun Ilıcalının cavabı gecikmədi

“Beşiktaş”ın yeni 10 nömrəsi - rəsmi

“Fənər”dən sərt Açıqlamalar

Mustafa Alper Avcı: “Biz meydanda qalmaq istədik"

Metin Öztürk: “Düzgün bir idarəetmə seçsəydilər, belə hallar yaşanmazdı”

Seçilən
14
apasport.az

1Mənbələr