ABŞ-ın şimal-şərqinin böyük hissəsi milyonlarla insana təsir edəcək yeni qar fırtınasını gözləyir.
Publika.az xəbər verir ki, ABŞ Milli Meteoroloji Xidməti bunun 10-dan çox ştata təsir edəcəyini bildirib.
Xüsusilə Massaçusets, Konnektikut, Pensilvaniya və Nyu Cersi əyalətlərinin şimal bölgələrində qıar fırtınası xəbərdarlığı edilib. Bəzi bölgələrdə qarın qalınlığının 25 santimetrə çata biləcəyi bildirilib.
Səlahiyyətlilər fasilələrlə yağışa qarışan qarın yollarda buz bağlaya biləcəyi barədə xəbərdarlıq edib. Vətəndaşlara tədbir görməyi və zərurət olmadıqca, yola çıxmamaq tövsiyə edilib.