İstirahət üçün Dominikan Respublikasına gedən Quqyon ailəsi həyatlarının ən ağrılı təcrübəsini yaşayıb. İddiaya görə, ana və oğul getdikləri lüks istirahət mərkəzində qidadan zəhərlənərək həyatını itirib.
News24.az xəbər verir ki, kədərli ata yanvarın 27-də kurorta qarşı 5,5 milyon funt sterlinqlik iddia qaldırıb:
"Biz bu səfəri ailəmizə bir az dincəlmək və istirahət etmək üçün planlaşdırmışdıq. Belə bir şeyin ola biləcəyi fikri ağlımızdan belə keçməyib" dedi.
Ailənin vəkili bildirib ki, Quqyon ailəsi kurortun bufetində yemək yeyəndən sonra xəstələnib və kurortdakı klinikaya müraciət etsələr də, halları sürətlə pisləşib. Müraciətdə yeməklərin hazırlanması sahələrində antisanitar vəziyyət, vaxtında tibbi yardımın göstərilməməsi, işçilərin fövqəladə halların öhdəsindən gələ bilməməsi qeyd olunub.
Otel rəhbərliyi ölənlər üçün dərin kədərləndiklərini bildirib və onların heç bir səhv etmədiklərini iddia edib.
Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.
Günel Məlikzadə