AZ

Ceyhun Bayramov Sloveniya XİN-in dövlət katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Xarici İşlər Nazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Azərbaycan XİN başçısı ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində həmkarı Tanya Fayon ilə keçirilmiş görüşü xatırlayaraq bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsinə töhfə verməsi baxımından əhəmiyyətini və bu istiqamətdə dialoqun inkişafının vacibliyini qeyd edib.

Ötən il, həmçinin Azərbaycanın Sloveniyada keçirilən Bled Strateji Forumunda xarici işlər nazirinin müavini səviyyəsində təmsil edildiyi, Forumun dövlət rəsmiləri, beyin mərkəzləri nümayəndələri və media təmsilçiləri arasında fikir mübadiləsi üçün vacib platforma olduğu qeyd edilib.

Görüşdə iki ölkə arasında enerji təhlükəsizliyi, ticarət, biznes, nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın mövcud perspektivlərindən istifadənin zəruriliyi, xüsusilə Azərbaycanın Orta Dəhlizdə tutduğu strateji mövqenin bu imkanlardan yararlanmağa təkan verdiyi diqqətə çatdırılıb.

Seçilən
0
36
aznews.az

10Mənbələr