AZ

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, fevralın 10-16-da paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

🔹 Alpinizm üzrə Rasim Cəfərovun xatirəsinə həsr olunmuş "Azərbaycan dağçısı" modulu, Alpinizm məktəbi - 22 yanvar-31 mart (Bakı);
🔹 Şahmat üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı (şəxsi) – 31 yanvar-15 fevral (Bakı);
🔹 Ali təhsil müəssisələrinin professor, müəllim heyəti və əməkdaşları arasında şahmat üzrə Nəsimi rayon turniri - 11 fevral, saat 11:00 (Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksi);
🔹 Şahmat üzrə Binəqədi rayon turniri - 12 fevral, saat 10:00 (Binəqədi Gənclər Evi);
🔹 Badminton üzrə “2025 European Mixed Team Championships” – 12-16 fevral (Bakı);
🔹 Voleybol üzrə Pirallahı rayon turniri - 13 fevral, saat 11:00 (168 saylı tam orta məktəb);
🔹 Xəzər rayon məktəbliləri arasında stolüstü tennis üzrə turnir (komanda) - 13 fevral, saat 9:00 (156 nömrəli tam orta məktəb);
🔹 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş ümumtəhsil məktəbliləri (qızlar və oğlanlar) arasında şahmat üzrə Suraxanı rayon turniri - 14 fevral, saat 10:00 (Suraxanı Gənclər Evi);
🔹 Ali təhsil müəssisələrinin professor, müəllim heyəti və əməkdaşları arasında stolüstü tennis üzrə Nəsimi rayon turniri - 14 fevral, saat 11:00 (Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksi);
🔹 Atletika üzrə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi (qapalı məkanda) – 14-15 fevral (Bakı);
🔹 Batut gimnastikası üzrə Azərbaycan çempionatı, Bakı birinciliyi – 14-15 fevral (Bakı);
🔹 Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı – 14-16 fevral (Bakı);
🔹 Alpinizm üzrə “Qapıcıq” zirvəsinə qış yürüşü – 15-18 fevral (Naxçıvan, Bakı);
🔹 Dama üzrə 100 xanalı dama üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı – 15-23 fevral (Bakı);
🔹 Sambo üzrə 2009-2011-ci il təvəllüdlü kadetlər arasında turnir – 15-16 fevral (Bakı).

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr