AZ

Rusiya XİN yenə Qərbi ittiham edir - ERMƏNİSTANA GÖRƏ

14:53 10.02.2025
14:53 10.02.2025

Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin deyir ki, Qərb Rusiyanı Ermənistanla əvəzləməyi “xəyal edir”. Onun sözlərinə görə, Qərb ölkələri İrəvanı Rusiyanın iştirak etdiyi assosiasiyalarla əlaqələri kəsməyə təhrik edir.

Nazir müavini hesab edir ki, Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) respublikanın “təhlükəsizliyinin məhək daşı”dır. O, Avrasiya İqtisadi İttifaqını Ermənistanın iqtisadi rifahının açarı adlandırıb. “Ermənistanda Qərb Aİ-nin müşahidəsi və əslində kəşfiyyat, missiyası vasitəsilə “yerdə” möhkəmlənməyə çalışır”, - deyə cənab Qaluzin bildirib.

2024-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu elan edib və assosiasiyadan çıxmağa icazə verib. O, təşkilatı respublikanın təhlükəsizliyi və suverenliyinə təhdid adlandırıb və dekabrda Ermənistanla KTMT arasında münasibətlərdə geri dönüş nöqtəsi olduğunu bəyan edib. Kreml KTMT-dən heç bir təhlükənin olmadığını təkid edirdi.

Ötən ilin iyulunda Avropa İttifaqının (Aİ) xarici işlər nazirliklərinin rəhbərləri Ermənistana 10 milyon avroluq hərbi yardımın ayrılmasını təsdiqləyiblər. 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq üçün qanun layihəsini dəstəkləyib. Elə həmin ay İrəvan Vaşinqtonla Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb.


Seçilən
2
2
mynews.az

3Mənbələr