AZ

Vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə ödənilə bilərmi? VİDEO

Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır.

Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra kapitalını tam istifadə etməmiş vəfat edərsə, onun fərdi hesabında toplanmış pensiya kapitalının aqibəti necə olur?

Xezerxeber.az-ın xəbərinə görə, vəkil Kamandar Hüseynov deyir ki, vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə ödənilə bilər.

Ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə etdikdən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsaiti almaq üçün müraciət edə bilərlər.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili də bildirir ki, şəxsin topladığı pensiya kapitalı o vəfat etdikdə onun ailə üzvlərinin sosial təminatına yönəldilir.

Qurum rəsmisi həmçinin qeyd etdi ki, pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar, ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
12
xezerxeber.az

1Mənbələr