Azərbaycanda hər il xərçəng xəstələrinin sayı artır. Artıq xəçəng diqanozu yalnız yaşlılara deyil, gənclərə və hətta uşaqlara da qoyulur.
Xezereber.az-ən xəbərinə görə, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyir ki, vaxtında həkimə müraciət olunarsa, digər xəstəliklər kimi sağalması mümkündür.
Onun sözlərinə görə, xəstəliyin artmasının əsas səbəbi insanların bu barədə məlumatsız olması və həkimə gec, yəni xəstəliyin 3-cü, 4-cü mərhələlərində müraciət etmələridir.
Onkoloq Leyla Bayramova bildirir ki, əvvəllər yalnız 40 yaşdan yuxarı şəxslərə qoyulan bu diaqnoz indi daha gənc yaşlarda da müşahidə olunur.
Kişilər arasında ən çox ağciyər xərçəngi, qadınlar arasında isə süd vəzi xərçəngi daha yayğındır.
Mütəxəssislər qeyd edirlər ki, uşaqlarda xərçəngin yaranmasına səbəb olan faktorlardan biri də artıq çəkidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.