Böyük Vətən Müharibəsində və İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Rusiya və Çinin dövlət başçıları qarşılıqlı səfərlərə hazırlaşırlar.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz bu tarixlərin simvolikasına həm həmin mühüm hadisələrin xatirəsinə, həm ölkələrimizin nasist təzahürlərinə qarşı mübarizəyə verdiyi töhfəyə, həm də ikitərəfli münasibətlərimizə görə böyük əhəmiyyət veririk. Ona görə də indi belə səfərlərə fəal şəkildə hazırlanır”, - deyə Peskov jurnalistlərə açıqlayıb.
Bir müddət əvvəl Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirmişdi ki, Si Cinpin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı qeyd ediləcək tədbirdə iştirak etmək üçün dəvəti qəbul edib. Si Cinpin həmçinin sentyabrın əvvəlində rusiyalı həmkarını İkinci Dünya Müharibəsində Qələbəni qeyd etmək üçün Çinə dəvət edib.
Si Cinpin Moskvaya sonuncu dəfə 2023-cü ildə səfər edib. Onun üç günlük səfəri martda baş tutub.
Vasif