AZ

MY bu transferi reallaşdıra bilməyib

İngiltərənin “Mançester Yunayted” klubu ötən ay “Barselona”nın futbolçusu Fermin Lopesi transfer etmək istəyib.

İdmanxeber.az-ın məlumatına görə, lakin “qırmızı şeytanlar” bu keçiddə uğursuz olub. Katalon klubu onların 58 milyon funt-sterlinq təklifini qəbul etməyib.

Bu barədə “Mail Sport” nəşri məlumat yayıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lopes 2023-cü ilin yayından əsas komandada çıxış edir. 21 yaşlı yarımmüdafiəçi cari mövsümdə 25 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Seçilən
23
idmanxeber.az

1Mənbələr