AZ

Alüminiumun ixrac dəyəri artıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2024-cü ildə ölkədən 197 milyon ABŞ dolları dəyərində 72,6 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə dəyər ifadəsində 1,3 faiz çox, həcm baxımından isə 2,2 faiz azdır.

Ümumilikdə ötən il ərzində ölkədən 2,88 milyard dollar dəyərində 4,8 milyon tondan çox Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Hesabat ilində alüminium ixracının xüsusi çəkisi 6,83 faizə bərabər olub.

Seçilən
3
vergiler.az

1Mənbələr