Gürcüstan dövlət maraqlarına qəsd işi açıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məılumat yayıb. Gürcüstan Prokurorluğu təxribat, dövlət maraqlarına qəsd və “düşmənçilik fəaliyyətində” xarici təşkilatlara yardımla bağlı işi araşdırır.
Cinayət işinin başlanmasına əsas kimi yanvarın 18-də “Vahid Neytral Gürcüstan” ictimai hərəkatının ölkədə müxalifətin casusluq fəaliyyətinin müəyyən edilməsi və onun fəaliyyətinin araşdırılması tələbi ilə bəyanatı göstərilib.
Xuraman Etibarlı
İnterpress.az