Türkmənistan millisinin xokkeyçiləri Qış Asiya Oyunlarının qrup mərhələsinin oyunundan sonra Honq-Konq yığmasının oyunçularına hücum ediblər. Bu barədə Honq-Konq Olimpiya Komitəsinin (SF&OC) rəsmi saytında məlumat verilib.
Fevralın 9-da Honq-Konq xokkeyçiləri Türkmənistandan olan rəqiblərini 5:1 hesabı ilə məğlub edərək, C qrupunda birinci yeri tutublar. Matçdan sonra komandalar ənənəvi əl sıxışıblar, bundan sonra xokkeyçilər Erkin Kakabayev, Arslan Gəldimiradov və Begenç Dövlətmiradov öz opponentlərinə hücum ediblər. Hakimlər rəqib komandaların oyunçularını aralamağa məcbur olublar.
Hakimlər münaqişənin təhrikçilərini “5+20” məbləğində cərimələyib. Hücum nəticəsində Honq- Konq millisinin xokkeyçiləri ciddi xəsarət almasa da, kimliyi açıqlanmayan iki xokkeyçi xəstəxanada müayinə olunub.
"Turnirin sonunda türkmən idmançılarının xokkeyçilərimizə hücumu və xəsarətlə nəticələnməsi ilə bağlı SF&OC təşkilat komitəsindən lazımi intizam tədbirlərinin görülməsini xahiş edib", - Honq-Konq OK-nin bəyanatında deyilir.
Fevralın 7-dən 14-dək Çinin Harbin şəhərində Qış Asiya Oyunları keçirilir.
Almaz Həsənli