Liviyanın Zaviyə şəhərinin şimal-qərbindəki Marsa Dela limanı yaxınlığında içərisində təxminən 65 nəfərin olduğu gəmi batıb. Onların çox pakistanlılar olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, Pakistanın Tripolidəki səfirliyi ölənlərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Bəyanatda Pakistanın Xarici İşlər Nazirliyinin böhran vəziyyətlərində idarəetmə bölməsinin vəziyyətə nəzarət etmək üçün işə başladığı qeyd olunub.