Fevral ayı az qala yarılansa da, "Region Liqası"nda yeni mövsüm hələ də start götürməyib.

Rekord.az xəbər verir ki, bu liqada oynayacağı gözlənilən komandalar sadəcə, məşq və yoldaşlıq görüşləri ilə kifayətlənir.

Çempionatın nə zaman start götürəcəyi, ümumiyyətlə, götürüb-götürməyəcəyi konkret məlum deyil. Aldığımız son məlumata görə, ötən həftə komandalara çempionatın fevralın 15-i start götürəcəyi deyilib. Yəni bu həftə yeni mövsüm start götürməlidir.