AZ

Badamdar qəsəbəsinin ictimai nəqliyyat PROBLEMİ VİDEO

Sərnişinlər Badamdar qəsəbəsi istiqamətində hərəkət edən ictimai nəqliyyat vasitələrindən şikayətlənirlər.

Xezerxeber.az-ın xəbərinə görə, onlar deyir ki, 29, 31 və 53 saylı avtobusları bəzən saatlarla gözləməli olurlar. Üstəlik nəqliyyat vasitələri köhnə olduğundan tez-tez yolda qalır və sərnişinlər mənzil başına gec çatırlar. Onlar avtobusların vaxtı-vaxtında gəlməsini, həmçinin daha müasir və komfortlu nəqliyyat vasitələrinin istifadəyə verilməsini istəyirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Daşıyıcılara, xüsusilə günün pik saatlarında sərnişin tələbatına uyğun olaraq avtonəqliyyat vasitələrinin sayını artırmaları və sürücülərin hərəkət cədvəlinə riayət etmələri tapşırılıb.

Qurumdan o da  bildirildi ki, paytaxtda müntəzəm marşrut xəttləri üzrə avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılması istiqamətində müvafiq işlər həyata keçirilir. 29, 31 və 53 nömrəli müntəzəm marşrutlar da müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.   

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
7
xezerxeber.az

1Mənbələr