AZ

FHN rəsmisi: Sürüşmə zonasında təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır

Bakıda mövcud olan bir neçə sürüşmə zonası, eləcə də teleqüllənin də yaxınlığında yerləşdiyi Bayıl yamacında təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır.

Demokrat.az xəbər verir ki, bunu report-a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov deyib.

O bildirib ki, Bakıda bir neçə belə sürüşmə zonası mövcuddur:

"Suraxanı rayonunun Zığ massivində, Xətai rayonun Gəncə prospektində, həmçinin Səbail rayonunda bir neçə sürüşmə zonaları var. Biz bu ərazilərdə qabaqlayıcı tədbirlər görürük. Bayıl zonasında və Alov qüllələri ətrafında həm layihə işlərini həyata keçirir, həm də orada sifarişçi funksiyasını yerinə yetiririk. Bu ərazilərdə təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır, orada görüləcək işlər çoxdur".

Elxan Əsədovun sözlərinə görə, sürüşmə zonasına əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi getməli, müvafiq rəy verməlidir. O deyib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yalnız binaya baxıb rəy verə bilir.

Seçilən
6
2
demokrat.az

3Mənbələr