AZ

Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Pakistanın Karaçi şəhərində keçirilən AMAN-25 çoxmillətli dəniz təlimi və AMAN Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov İran HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib.

Tərəflər görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

315880b4e9554d5c5309c9baf739e34d

Seçilən
6
29
poliqon.az

10Mənbələr