AZ

Yataqxanada köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Gəncədə bağlı qapı arxasında qalan yaşlı kişi xilas edilib.

"Unikal"ın məlumatına görə hadisə  şəhərdə yerləşən yataqxanaların birində baş verib. Yataqxananın 5 ci mərtəbəsində yaşayan təxminən 55-65 yaşı olan İ.İsmayılovun bağlı qapı arxasında qalıb.Hadisədən ilk qonşular xəbər tutub.Qonuşlar dərhal FHN-nə  məlumat veriblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə  Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri cəlb edilib.Xilasedicilər mənzilin qapısını açıb.

Orada halsız vəziyyətdə olan vətəndaş aşkar edilib.Sakin qurumun əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.Daha sonra yaşlı kişi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.Həmin şəxsin parkovşik olduğu və onun içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
1
1
unikal.az

2Mənbələr