AZ

Tramp fələstinlilərin Qəzzaya qayıtmasını səhv sayır

ABŞ prezidenti Donald Tramp İsraillə münaqişə bitdikdən sonra fələstinlilərin Qəzza zolağına qayıtmasının səhv olacağını iddia edib.

“Məncə, fələstinlilərə icazə vermək, qəzzalılara yenidən qayıtmağa icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın qayıtmasını istəmirik. Mən bunu böyük bir daşınmaz əmlak parçası hesab edirəm, ABŞ ona sahib olacaq və yavaş-yavaş inkişaf etdirəcək. Biz Yaxın Şərqə sabitliyi qaytaracağıq”, o, Luizianaya gedərkən təyyarəsində jurnalistlərə bildirib.

“Qəzza zolağı tamamilə məhv edilib. Bu yer qaydaya salınacaq. Biz onu zəngin Yaxın Şərq ölkələrinin köməyi ilə yenidən quracağıq”.
Tramp əlavə edib.

Seçilən
7
6
busaat.az

7Mənbələr