AZ

Si Cinpindən Putinə böyük dəstək: 10 ildən sonra ilk dəfə 9 Mayda Moskvaya gələcək

Çin Xalq Respublikasının sədri Si Cinpin 2025-ci il 9 May tarixində Faşizm üzərində qələbənin 80 illiyi münasibətilə Moskvaya səfər etməyə hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov məlumat verib.

Diplomatın sözlərinə görə, Si Cinpin də Vladimir Putini Çinə dəvət edib. Sentyabrın əvvəlində İkinci Dünya müharibəsinin sonu və Yaponiyaya qarşı qələbənin 80 illiyi ilə bağlı tədbirlər planlaşdırılır.

Pekin hələlik Si Cinpinin Moskvaya səfərini rəsmi şəkildə təsdiqləməyib. Çin lideri sonuncu dəfə 2015-ci ildə Moskvada keçirilən Qələbə paradında iştirak edib.

Qeyd edək ki, Çin lideri 2024-cü ilin yeni il təbrikində Çin və Rusiyanın əməkdaşlığını dərinləşdirməyə söz vermişdi.

Kreml 9 May tədbirlərinə çoxsaylı dövlət başçıları dəvət olunduğunu bildirib. Slovakiyanın baş naziri Robert Fitso, Serbiya prezidenti Aleksandr Vuçiç, Fələstin rəhbəri Mahmud Abbas və Braziliya prezidenti Lula da Silva Moskvaya gəlmək niyyətindədir.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra heç bir xarici lider 9 May paradına qatılmayıb. 2023-cü ildə isə Putin yeddi postsovet ölkəsinin liderini (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) Moskvaya toplamışdı. 2024-cü ildə isə onlardan Nikol Paşinyan istisna olmaqla, yenidən paradda iştirak ediblər. Onlarla yanaşı, Qvineya-Bisau, Kuba və Laos prezidentləri də Moskvada olub.

Seçilən
1
ictimairey.az

1Mənbələr