Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub.
APA-nin Şirvan bürosu xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş 34 yaşlı Çingiz Qədirov saxlanılıb. Onun yaşadığı ünvandan bir ədəd “Kalaşnikov” avtomat, daraq və patronlar aşkar olunub. Saxlanılan şəxs odlu silahı satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
![Şamaxıda](https://apa.az/storage/news/2025/february/10/small/67a9df73b83bd67a9df73b83be173918603567a9df73b83bb67a9df73b83bc.jpg)