Müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib və hazırda xəstəxanadadır.
Kulis.az xəbər verir ki, ifaçının dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb.
O bildirib ki, N.Pişyarı özünə gəlib:
"Artıq ayılıb, yaxşıdır. Getdikcə durumu düzəlir. Həkimlər deyir ki, iki-üç gündən sonra evə buraxılacaq".
Qeyd edək ki, insult keçirən müğənni küçədə yıxılıb, qapalı kəllə beyin travması da alıb. Nazim bir müddət əvvəl böyrəyindən də əməliyyat olunubmuş. Ona böyrək köçürülməsi edildiyi bildirilib.