Müğənni Ramal İsrafilovun qardaşı Valeh İsrafilov gözlərdən və səhnədən itən bibisi oğlu Mirkamil Kamilovdan söz açıb.
OLAY yazır ki, bu haqda Valeh qonaq olduğu “Günaydın, Azərbaycan” verilişində danışıb.
Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının “Mirkamil haradadır?” sualına V.İsrafilov belə cavab verib:
“Yazırlar ki, Mirkamilə paxıllıq edirsiniz. Bizim canımız, qanımız, bibimizin oğludur. Ona necə paxıllıq edək? İnsan nə edirsə özünə edir. Mirkamil daşı ətəyindən töksün efirə çıxsın. Hətta Ramal ona deyir ki, mahnılarımdan verim, yenisini yazım. Bir babanın nəvələriyik”.
Verilişdə qardaşı Valehlə qonaq olan Ramalın bu mövzuya reaksiyası belə olub:
“Allah ona nur verib, yaraşıqlıdır. Hər baxımdan yaxşıdır: ürəyi də, ciyəri də. Sadəcə, gəlsin. Verilişə çıxsın, düşmənlərimiz çoxdur”.
Qeyd edək ki, Mirkamil Xalq artisti Mələkxanım Eyubovanın bacısı oğludur. O, 2014-cü ildə ürəyindən əməliyyat olunub. İfaçı təxminən 6 ildir ki, səhnədən uzaqlaşıb.