AZ

USAID-nin uğursuzluğu, boşa gedən milyonlarla vəsait - RƏY

Bayden administrasiyası dövründə ABŞ dövlət departamentinin Azərbaycana qarşı qərəzli mövqeyi və ermənipərəst siyasətçilərin bu işlərdə əsas rollara cəlb edilməsi məlum idi. Viktoriya Nuland və digər departament rəsmiləri USAID təşkilatı adı altında dünya erməniçiliyinə açıq dəstək verir və anti-Azərbaycan kampaniyasını davam etdirirdilər. USAID təşkilatının nəzdindəki Milli Demokratiya və Beynəlxalq Respublikaçılar İnstitutu kimi qurumlar, o cümlədən beynəlxalq seçkilərlə məşğul olan qurumlar USAID-dən milyonlarla vəsaitlər alaraq, müxtəlif ölkələrdə xaos yaradılmasına xidmət edirdilər və dünya erməniçiliyinə ciddi dəstək verirdilər.

ABŞ-də dünya erməniçiliyi ilə bu təşkilat arasında müvafiq körpünün yaradılması funksiyasını erməni lobbiçiləri həyata keçirirdilər. Həmin bu lobbiçilər erməni məsələsini dünyanın və ABŞ-nin nəzarətində olan KİV-də işıqlandırırdılar ki, guya erməniləri qurban kimi Azərbaycan və Türkiyənin təcavüz etdiyi ölkə olaraq təqdim edirdilər.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Millət vəkili qeyd edib ki, ABŞ xarici siyasətini son administrasiya zamanı idarə edən Bayden-Blinken cütlüyü kimi erməni lobbisindən vəsait alıb destruktiv fəaliyyət həyata keçirən senatorların hamısı sistemli şəkildə hərəkət edirdilər və ölkəmizə qarşı fəaliyyət aparırdılar. Ancaq yaxşı xəbər ondan ibarətdir ki, artıq USAID təşkilatının fəaliyyətinə xitam verilmişdir.

“Menendes və onun erməniəsilli həyat yoldaşı həbsdədir, o cümlədən USAID və onunla bağlı olan qurumların fəaliyyəti dayandırılmışdır. Bütün bunlar dünya erməniçiliyinə böyük, ciddi zərbədir və bu məsələlər kontekstində dünya erməniçiliyinin aldığı zərbələrin Ermənistan üçün nə qədər ağır olduğunu nəzərə alsaq, Paşinyanın son Vaşinqton səfərində fiyaskoya uğradığını görə bilərik.

Paşinyan ABŞ-yə səfər edərək ona dəstək verənlər, xüsusilə də yeni seçilmiş prezident Trampla görüşmək istəyirdi, ancaq heç bir görüş baş tutmadı. Hətta Paşinyan və erməni diasporu Amerikadakı erməni lobbisi və erməni kilsəsi arasında davam edən ixtilaflar onu göstərir ki, erməni məsələsində vəziyyət nə qədər mürəkkəbdir və ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri 30 il işğalın nəticəsi olaraq, hər bir perspektivdən baxdıqda siyasətləri dalana dirənmişdir. Yenə də onların yeganə çıxış yolu, Azərbaycanla yaxınlaşmaq, üzrxahlıq etmək, sülh müqaviləsini imzalamaq, buraxdıqları səhvləri ört-basdır etmək və Azərbaycanla vəziyyəti nisbətən yaxşılaşdırmaqdan keçir”, - deyə Tural Gəncəliyev vurğulayıb.

Seçilən
4
operativmm.az

1Mənbələr