"ABŞ Qəzza zolağına nəzarəti ələ keçirə, nəzarəti bərqərar edə, sonra ərəb ölkələrinin köməyi ilə onu yenidən qura bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Mən Qəzza zolağının alınması və ona sahib olması ideyasına sadiqəm. Onun qüvvələrimiz tərəfindən bərpasına gəlincə, biz Yaxın Şərqin digər ölkələrinə onun bəzi hissələrini bərpa etmək imkanı verə bilərik. Digər insanlar bunu bizim himayəmiz altında edə bilər”, - deyə o deyib.