Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Gəncə Regional Mərkəzində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün maarifləndirmə tədbiri keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Gəncə Tibb Kollecinin əməkdaşları və “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər iştirak edib.