AZ

Tramp ​Kanadanı 51-ci ştat olmağa çağırdı

Kanadanın ABŞ-nin 51-ci ştatı olması daha yaxşı olacaq. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, “Fox News”a açıqlamasında bildirib ki, ABŞ Kanada ilə əməkdaşlıqda ildə 200 milyard dollar itirir. Tramp buna imkan verməyəcəyini ifadə edib. Tramp, "Düşünürəm ki, Kanadanın 51-ci əyalət olması çox daha yaxşı olardı, çünki biz Kanada ilə ildə 200 milyard dollar itiririk. Nə üçün biz Kanadaya ildə 200 milyard dollar subsidiya ödəyirik?" - deyə bildirib. O, Kanada və Meksikaya gömrük rüsumunun artımının təxirə salındığı xatırladaraq, bu ölkələrin problemlərin həlli üçün səy göstərmədiyini ifadə edib. Tramp hökumətdə israfların olduğunu da irəli sürüb.

ABŞ Prezidenti səmərəlilik problemini, fırıldaqları, israfçılığı, sui-istifadəni və hökumətdə baş verən digər problemləri həll edəcəklərini qeyd edib.

Seçilən
22
23
metbuat.az

10Mənbələr