AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.
Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Fəaliyyət coğrafiyası Mərkəzi Aran regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:
1.Muradova Dilarə Şahin- Kürdəmir rayon Famil Həşimov adına 3 nömrəli tam orta məktəbin Riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi;
2. Bağırova Könül İlyas- Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
3. Həsənova Səbinə Mətləb- Mingəçevir şəhər N Nərimanov adına 1 sayli tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi;
4. Həsənova Şəlalə Telman- Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
5. İsgəndərova Vəfa Etibar- Ağdaş şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
6. Zakiova Rahilə Niyazı- Ağdaş rayonu Dəhnəxəlil kənd orta məktəbinin İbtidai sinif müəllimi;
7. Hüseynli Yeganə Hüseyn- Ucar şəhər 2 nömrəli tam orta məktəbdə Coğrafiya müəllimi;
8. Səfəraliyeva Səadət Məhərrəm- Göyçay rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın və Mallı-Şıxlı kənd tam orta məktəbində Kimya müəllimi;
9. Allahverdiyeva Rəna Rasim- Ucar rayon Heydər Əliyev adına 2 nömrəli tam orta ümümtəhsil və Ucar rayonunda yerləşən Ağdam 27 saylı tam orta məktəbdə Kimya və təbiət fənn müəllimi;
10. Gülnisə Əliyeva İlqar- Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəb və Ucar rayon 4 No-li tam orta məktəbin Fizika müəllimi.