AZ

Azərbaycan və Özbəkistan tələbələrinin elmi layihələri qardaş ölkəyə həsr olunacaq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rəhbərləri arasında görüş keçirilib.

Qonaqları salamlayan universitetin rektoru Gülçöhrə Rixsiyeva iki təşkilat arasında çoxillik səmərəli əməkdaşlıqdan, iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrdən danışıb. Tələbələrin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına marağından danışan rektor Şərqşünaslıq Universitetində Azərbaycan dilinin tədrisini uğurla davam etdirildiyini vurğulayıb, bu layihənin həyata keçirilməsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli səmimi qəbula görə təşəkkür edərək rektorun sözlərinə əlavə edib ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi irsinin daşıyıcısıdır və Mədəniyyət Mərkəzi bu layihəni bundan sonra da davam etdirməyə, Universitetdə yaradılmış Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzini daim müxtəlif zəruri nəşrlərlə doldurmağa hazırdır.  

Görüş nəticəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən iki ölkənin bakalavr, magistr və doktorantura tələbələrinin qardaş ölkəyə həsr olunmuş mövzularda dissertasiyaların və  elmi layihələrin yazılması, tələbə mübadiləsi, birgə kitabların nəşri ilə bağlı irəli sürüləntəkliflər Şərqşünaslıq Universiteti rəhbəriyyəti tərəfindən müsbət qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
3
olaylar.az

4Mənbələr