AZ

Dövlət Uşaq Filarmoniyası “Qırmızı Papaq” tamaşası ilə çıxış edib - FOTO

Dövlət Uşaq Filarmoniyası balaca teatrseverlər üçün Şarl Perronun "Qırmızı Papaq" nağılı əsasında yazılmış tamaşa ilə çıxış edib. Dövlət Uşaq Filarmoniyasının "Musiqili Uşaq Teatrı" 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu illər ərzində saysız hesabsız uşaq tamaşaları, maraqlı səhnəciklərlə hər zaman tamaşaçılarını sevindirib. Bu dəfə də bir-birindən maraqlı personajlar, rəngarəng səhnə geyimlərləri, səhnə dekorasiyası tamaşaçıların aramsız alqış və marağına səbəb oldu. Nağılın tamaşaçılara çatdırmaq istədiyi əsas ideyası dostluq, fədakarlıq, yaxşılıq olduğu kimi, pis insanların və pis əməllərin də cavabsız qalmayacağını göstərmək idi.

Tamaşanın quruluşçu rejissoru Ağasəlim Feyzullayev, rəssam isə Səriyyə Teymurovadır.

Tamaşada həmçinin Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi və "Şəms" uşaq xoru da iştirak etdi. Sonda bütün iştirakçılar səhnəyə çıxaraq birlikdə final mahnılarını ifa etdikdən sonra tamaşaçıların alqış sədaları altında nağıl başa çatıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
2
milli.az

1Mənbələr