AZ

Kreml: “Qəzzanı almaq planı...”

Kreml ABŞ Prezidenti Donald Trampın Qəzza zolağını almaq niyyətinə dair daha ətraflı məlumat gözləyir.

Bu fikir bir çox ölkədə narazılıqla qarşılanıb. 

"Cebheinfo.az" xəbər verir ki, bazar günü Tramp Qəzzanı almaq və ona sahib olmaq istədiyini, lakin müharibədə dağılan əraziləri bərpa etmək işini Yaxın Şərqdəki digər ölkələrə buraxa biləcəyini bildirib. Moskvanın bu planı qəbul edib-etmədiyi ilə bağlı sualı cavablandıran Kreml sözçüsü Dmitri Peskov Qəzza zolağında 1,2 milyon insanın yaşadığını vurğulayıb. "Əgər bu, hərtərəfli bir fəaliyyət planıdırsa, detalları gözləməyə dəyər. Söhbət orada yaşayan təxminən 1,2 milyon fələstinlidən gedir və əsas məsələ də məhz budur", – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib. 

“Bu insanlar ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə Yaxın Şərq probleminin iki dövlət prinsipi əsasında həll ediləcəyinə dair vəd alıblar. Burada çoxlu suallar var. Hələ ki, detalları bilmirik, ona görə də gözləməliyik", – deyə o əlavə edib. 

Seçilən
2
cebheinfo.az

1Mənbələr