AZ

Gəmidə 100 nəfər eyni anda xəstələndi: epidemiya xəbərdarlığı edildi

ABŞ-ın Florida ştatından yola düşən kruiz gəmisində 100-ə yaxın sərnişin mədə-bağırsaq problemi ilə üzləşib.

Publika.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Florida ştatının Tampa şəhərindən yola düşən “Royal Caribbean” kruiz gəmisində mədə və bağırsaq narahatlığı yaşayan təxminən 100 sərnişinlə bağlı araşdırmaya başlayıb.

Bildirilib ki, sərnişinlər ürəkbulanma, qusma, ishal, qarın ağrısı kimi şikayətlərlə müraciət ediblər.

Səlahiyyətlilər epidemiyanın norovirus kimi yoluxucu virusdan qaynaqlandığını müəyyən etmək üçün nümunələr götürüblər. Həmçinin gəmidə gigiyena tədbirləri artırılıb, sərnişinlərə əl gigiyenasına diqqət etmələri barədə xəbərdarlıq edilib.

Seçilən
4
publika.az

1Mənbələr