AZ

Ədalət Verdiyevə qarşı ittihamların biri azalıb

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.

AzNews.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.

Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.

Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov da təsdiqləyib.

Seçilən
43
27
aznews.az

10Mənbələr