AZ

İranın müdafiə naziri: “ABŞ-ın yeni hakimiyyət orqanları ilə danışıqlar mümkün deyil”

İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, yeni prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil.

Herbiand.az bildirir ki, Nəsirzadə bu barədə İslam İnqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı ISNA agentliyinə verdiyi şərhdə deyib.

O qeyd edib ki, Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirməyib: “Amerikalılar boş şeylər danışırlar. Biz sanksiyalar və təhdidlər altında danışıqlar aparmırıq və ABŞ-ın indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
1
herbiand.az

2Mənbələr