Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolunun Şərur rayonu hissəsindən keçən ərazidə, Püsyan kəndində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı 5 nəfər xəsarət alıb.
Hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən yaralılar xilas edilib. Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.