İspaniyanın "Barselona" klubu La Liqada son 10 ilin ən məhsuldar mövsümünü keçirir.
Rekord.az xəbər verir ki, 23-cü turda "Sevilya"nı 4:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi rəqiblərin qapısına 64 dəfə yol tapıb.
Bu, 2014/2015 mövsümündən bəri klubun ən yaxşı göstəricisidir. 10 il əvvəl "Barselona" 23 turdan sonra 67 dəfə fərqlənmişdi. 2014/2015 mövsümündə komanda La Liqada ümumilikdə 94 xal toplamış və rəqib qapılarına 110 qol vurmuşdu.
"Barselona" hazırda turnir cədvəlində 48 xalla üçüncü pillədə qərarlaşıb.