AZ

YAP Sabirabad rayon təşkilatı Sabirabad rayon Mərkəzi Xəstəxanasında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı Sabirabad rayon Mərkəzi Xəstəxanasında tədbir keçirib.

Tədbir də ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb. Qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.

Daha sonra tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Mirqiyam Məmmədov, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Əzizov və Sabirabad rayon Mərkəzi Xəstəxanasının təsərrüfat müdiri Züleyxa Hüseynova bildiriblər ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək.

Sonda YAP-a yeni üzv qəbul edilmiş bir sıra yeni partiya üzvlərinə partiya biletləri təqdim olunub.

Seçilən
8
yeniazerbaycan.com

1Mənbələr