AZ

Ərdoğan: “Yeni dünya nizamının yaradılması zəruridir”

AzVision.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib.

“Ədalət olmayan yerdə sülh, əmin-amanlıq, insan inkişafı ola bilməz. 2 milyarddan çox əhalisi olan İslam dünyasının təmsil edilmədiyi ədalətli sistem ola bilməz. İqtisadiyyat, diplomatiya, ticarət, təhlükəsizlik problemlərini həll etmək üçün bizə yeni anlayış və yeni dünya nizamı lazımdır. Ədalətli, əməkdaşlıq və etimada əsaslanan sistemin qurulması üstünlük deyil, zərurətdir”,- Türkiyə lideri Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində BMT-dən danışarkən bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dünyada yaranan böhranları həll etmək iqtidarında olmayan BMT-də tez bir zamanda islahatların aparılmasının zəruriliyini dəfələrlə bəyan edib. Onun fundamental tezisləri 2021-ci ilin sentyabrında nəşr olunan “Daha ədalətli dünya mümkündür (A More Just World Is Possible)” kitabında öz əksini tapıb.

Türkiyə lideri həmin əsərdə qlobal siyasətin problemlərinə diqqət çəkib:miqrasiya böhranı, beynəlxalq terrorizm, islamofobiya, ayrı-seçkilik, ikili standartlar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
1
azvision.az

2Mənbələr