AZ

İkiqat dünya çempionumuz milli komandanın heyətindən çıxarılıb - SƏBƏB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin Bakıda keçiriləcək Dünya Kubokunda çıxış etməyəcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasının liderinin adı ilkin ərizədə yer alsa da, püşkatmadan sonra siyahıdan çıxarılıb.
Buna səbəb gimnastın ayağında zədəsinin olmasıdır.
Milli Gimnastika Arenasında baş tutacaq turnirdə tamblinq növündə Adil Hacızadə və Tofiq Əliyev mübarizə aparacaqlar. Batut gimnastikasında isə Selcan Maxsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Hümbətova güclərini sınayacaqlar.
Qeyd edək ki, yarış fevralın 22-23-də keçiriləcək.
Seçilən
2
3
oxu.az

4Mənbələr